TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib

Tarix: 01 May 2026 10:20

TƏBİB-ə yeni icraçı direktor müavini təyin edilib.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, bu vəzifəyə Rahim Hüseynov təyin olunub.

Qeyd edək ki, o, 2021–2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib. 2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Rahim Hüseynov 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.

TƏBİB Rahim Hüseynov

Xəbər Lenti