Bakıda beynəlxalq forumda Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasının məsələsi qaldırılıb

Tarix: 01 May 2026 11:01

XXI əsrdə Reyunyon adasının hələ də Fransa tərəfindən idarə olunması qəbuledilməzdir.

APA xəbər verir ki, bunu Bakıda keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumun iştirakçılarından olan Katambara Roman Yoakim deyib.

“Mən Reyunyon adasındanam və bu ada hələ də Fransa koloniyasıdır. Buna görə də gənclərimizin mübarizəsi çox vacibdir. Bu, xalqımızın ləyaqət məsələsidir. Öz taleyimizi öz əlimizə almaq iqtisadi, siyasi və təhsil sistemimizi özümüz müəyyən etmək deməkdir. XXI əsrdə Reyunyonun hələ də Fransa tərəfindən idarə olunması qəbuledilməzdir. Çünki bölgəmizdəki Mavriki (1968), Seyşel adaları (1976), Komor adaları (1975) və Madaqaskar (1960) artıq müstəqil dövlətlərə çevriliblər. Amma 2026-cı ildə Reyunyon hələ də Fransa dövlətinə siyasi, iqtisadi və mədəni baxımdan tabe olaraq qalır”, - tədbir iştirakçısı bildirib.

Toğrul Quluzadə

Xəbər Lenti