Xarici diplomatlar Şuşada olublar - FOTO

Tarix: 01 May 2026 17:44

Qarabağa səfər edən diplomatik korpusun nümayəndələri Şuşada olublar.

APA-nın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, diplomatlar Şuşa şəhərində “ASAN xidmət” mərkəzinə baş çəkiblər.

Qonaqlara mərkəzin əhaliyə göstərdiyi xidmət çeşidi haqda ətraflı məlumat verilib.

Eyni zamanda, diplomatlar şəhərdə aparılan təmir-bərpa işləri ilə tanış olublar.

İlqar Xudiyev Şuşa Xarici diplomatlar ASAN xidmət

Xəbər Lenti