Tramp Kubaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb

Tarix: 01 May 2026 22:05

ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı yeni birtərəfli sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb.

APA xəbər verir ki, bu barədə Ağ Ev-in mətbuat xidməti məlumat yayıb.

Fərmanın Kubada repressiyalara görə məsul olanlara, o cümlədən ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhdidlərə yönəldiyi bildirilir.

Xəbər Lenti