Bazar ertəsi, 19 Oktyabr, 2026
Tarix: 19 Oct 2026 08:07
Həftəyə başlayan Asiya-Sakit okean regionunun fond bazarlarında əsas indekslər üzrə qarışıq dinamika qeydə alınıb. Yaponiyada səhmlər ucuzlaşıb, Honq-Konq, Çin və Avstraliya bazarlarında isə yüksəliş müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, Yaponiyanın “Nikkei 225” indeksi 564,95 bənd və ya 0,86% azalaraq 64 759,34 bəndə, “TOPIX” indeksi isə 6,69 bənd və ya 0,16% geriləyərək 4 059,31 bəndə düşüb.
Honq-Konqun “Hang Seng” indeksi 124,11 bənd və ya 0,52% artaraq 24 186,83 bəndə yüksəlib. Çinin “CSI 300” indeksi 3,88 bənd və ya 0,09% artaraq 4 174,49 bənd təşkil edib.
Avstraliyanın “S&P/ASX 200” indeksi 23,78 bənd və ya 0,27% yüksələrək 8 830,50 bəndə çatıb. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 3,05 bənd və ya 1,17% artaraq 264,19 bənd olub.
Bazarlardakı fərqli dinamikanın əsas səbəbi süni intellekt və yarımkeçirici sektorlarında əvvəlki günlərdə baş verən kəskin satışlardan sonra investorların səhmləri yenidən almağa başlaması olub. Texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşması bəzi Asiya bazarlarında bərpanı dəstəkləyib. Bununla belə, süni intellekt layihələrinin yüksək maliyyələşdirmə xərcləri, ABŞ-da inflyasiya və faiz dərəcələri ilə bağlı narahatlıqlar investorların ehtiyatlılığını qoruyub.
Yaponiyada texnologiya sektoruna dair narahatlıqlar bazar dəyişkənliyini artırıb. Honq-Konq və Çin bazarlarında isə əvvəlki itkilərdən sonra seçmə alışlar indekslərə dəstək verib.
Rahim TarıverdiyevMənbə: apa.az