Texasda təyyarə qəzaya uğrayıb, göyərtəsindəki 5 nəfər ölüb

Tarix: 02 May 2026 00:16

Cümə günü ABŞ-ın Texas ştatında “Cessna 421C” tipli təyyarə meşəlik ərazidə qəzaya uğrayıb, göyərtədə olan beş nəfərin hamısı həlak olub.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, qəza cümə axşamı saat 23:00 radələrində Ostindən təxminən 65 kilometr cənub-qərbdə yerləşən Vimberley şəhərində baş verib.

Xəbər Lenti