Almaniya mülki infrastrukturu hərbi məqsədlərə uyğunlaşdırmağa başlayıb

Almaniya mülki infrastrukturu hərbi məqsədlərə uyğunlaşdırmağa başlayıb

Tarix: 02 May 2026 22:54

Almaniya hökuməti mülki infrastrukturu hərbi məqsədlərə uyğunlaşdırmağa başlayıb. Bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Bremerhaven şəhərində yerləşən Avropanın ən böyük avtomobil limanı €1,35 milyardlıq modernizasiyadan keçiriləcək. Layihə çərçivəsində yükləmə platformaları gücləndirilərək “Leopard” tankları kimi ağır hərbi texnikanın daşınmasına uyğunlaşdırılacaq.

Bu təşəbbüs 2026-cı il büdcəsinə daxil edilib və Almaniyanın mümkün müharibəyə hazırlıq strategiyasının tərkib hissəsi sayılır.

Almaniya ordu infrastruktur

Mənbə: apa.az

Xəbər Lenti