Somali quldurları BƏƏ bayraqlı tankeri ələ keçirib

Somali quldurları BƏƏ bayraqlı tankeri ələ keçirib

Tarix: 03 May 2026 01:27

Somali quldurları Yəmən sahilləri yaxınlığında BƏƏ bayrağı altında üzən “Eureka” tankerini ələ keçiriblər. Bu barədə HBN telekanalı məlumat yayıb.

Gəmi Somali sahillərinə istiqamətləndirilib. kipajın taleyi və gəmidə daşınan neftin həcmi hələlik məlum deyil.

Somali pirat tanker təhlükəsizlik

Mənbə: apa.az

Xəbər Lenti