, 3 May, 2026
Tarix: 03 May 2026 13:46
Rusiya qüvvələri Dnepropetrovsk vilayətinin Kriniçanska ərazisində yanacaqdoldurma məntəqəsi yaxınlığına zərbə endirib.
UNİNAN-ın məlumatına görə, nəticədə yaralananlar var.
Yaralılar arasında 10 yaşlı uşaq və hamilə qadının olduğu bildirilir. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Hanja məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində yük avtomobili yanıb, həmçinin 40 uşağı daşıyan avtobusa ziyan dəyib.
“Hücum zamanı uşaqlar nəqliyyat vasitəsini vaxtında tərk edə biliblər. Hazırda onlar təhlükəsiz əraziyə təxliyə olunub və onlarla psixoloqlar işləyir”, – deyə o əlavə edib.
Rusiya Ukrayna Dnepropetrovsk hücum yanacaqdoldurma məntəqəsi uşaqlar yaralananlar müharibə təhlükəsizlik təxliyə