Şənbə, 28 Mart, 2026
Tarix: 30 Nov 2023 05:43
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
APA xəbər verir ki, bu barədə Ermənistam XİN məlumat yayıb.
Tərəflər regionda təhlükəsizlik məsələlərini və Ermənistanla Azərbaycan arasında sülh məsələsini müzakirə ediblər.
İkitərəfli və çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.