, 3 May, 2026
Tarix: 03 May 2026 17:58
Hizbullah bu gün Livanın cənubunda yerləşdirilmiş İsrail hərbçilərinə qarşı bir neçə raket və partlayıcı dron buraxıb.
Bu barədə İsrail ordusu məlumat yayıb.
Ordunun bildirdiyinə görə, mərmilər hərbçilərin yaxınlığında partlayıb, lakin xəsarət alan olmayıb.
Bundan əlavə, qısa müddət əvvəl Livanın cənubunda qoşunların yerləşdiyi ərazi üzərində Hizbullah dronuna qarşı hava müdafiə raketi buraxılıb. IDF bildirib ki, zərərsizləşdirmə əməliyyatının nəticələri hələ araşdırılır.
Hizbullah İsrail Livan raket hücumu dron IDF hərbi əməliyyatlar təhlükəsizlik Yaxın Şərq gərginlik