Maqadan vilayətində kömür mədənində həlak olan dörd şaxtaçının meyiti tapılıb

Tarix: 03 May 2026 19:14

Maqadan vilayətində yerləşən kömür sahəsində baş verən faciə nəticəsində həlak olan dörd şaxtaçının meyiti tapılıb.

Rusiya mediasının məlumatına görə, hadisə aprelin 30-da Susuman şəhər dairəsi ərazisində qeydə alınıb. İstehsalat sahəsində divarların uçması nəticəsində səkkiz nəfər və texnika dağıntılar altında qalıb.

Bu gün xilasedicilər ilk meyitləri və texnikanı aşkar ediblər. Hadisə yerində axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.

Maqadan Rusiya kömür mədəni şaxtaçılar qəza dağıntı xilasedicilər faciə axtarış əməliyyatı sənaye qəzası

Xəbər Lenti