Bazar ertəsi, 4 May, 2026
Tarix: 04 May 2026 01:40
Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatı (OAPEC) BƏƏ-nin bu ilin 1 may tarixindən etibarən təşkilatdan çıxdığını elan edib.
APA xəbər verir ki, bu barədə OAPEC-in bəyanatında bildirilib.
Bəyanata görə, Baş Katiblik BƏƏ-yə təşkilatdakı üzvlüyü boyunca oynadığı rola və neft, qaz və enerji sektorlarında birgə ərəb fəaliyyətinin dəstəklənməsindəki fəal töhfəsinə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, BƏƏ-nin OPEC və OPEC+-dan çıxmaq qərarı 1 may 2026-cı il tarixində qüvvəyə minib.
BƏƏ OAPEC