Parlamentlərarası İttifaqın Baş katibi Zəfər parkını ziyarət edib

Tarix: 04 May 2026 11:41

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və xanımı Stella Çunqonq mayın 4-də Zəfər parkını ziyarət ediblər.

APA xəbər verir ki, Baş katib və xanımı Zəfər abidəsinin önünə gül dəstəsi qoyublar.

Sonra qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Parlamentlərarası İttifaq Zəfər parkı

Xəbər Lenti