Dövlət başçısı: Azərbaycan sülh gündəliyinə sadiqdir

Tarix: 04 May 2026 12:36

Azərbaycan sülh gündəliyinə sadiqdir.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxışında bildirib.

“Ermənistanın Baş naziri Nikol Paşinyanı Avropa Siyasi Birliyinin sammitinin Ermənistanda keçirilməsi münasibətilə təbrik etmək istərdim. Qeyd edirəm ki, prosesi əngəlləmək istəyənlərin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və Ermənistan Baş nazirinin çıxışı da bunu açıq şəkildə nümayiş etdirir. Sammitə uğurlar arzulayıram”, - dövlət başçısı vurğulayıb.

Firuzə Vahid Azərbaycan Prezident İlham Əliyev Avropa Siyasi Birliyi Ermənistan

Xəbər Lenti