Şənbə, 18 İyul, 2026
Tarix: 04 May 2026 18:43
Ötən saatlar ərzində Hörmüz boğazından heç bir tanker və ya ticarət gəmisi keçməyib.
“Tasnim”in xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.
Bəyanatda ABŞ rəsmilərinin Hörmüz boğazından ABŞ-ın iki ticarət gəmisinin keçidinə dair iddiaları əsassız və yalan adlandırılıb.
“SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən bəyan edilən prinsiplərə zidd hərəkətlər ciddi təhlükə ilə üzləşəcək və qanunu pozan gəmilər saxlanılacaq”, - SEPAH xəbərdarlıq edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “Azadlıq Layihəsi” əməliyyatı çərçivəsində Hörmüz boğazından ABŞ-a məxsus ticarət gəmilərinin keçdiyini bildirib.
Toğrul Quluzadə ABŞ İran Hörmüz boğazı SEPAHMənbə: apa.az