Şənbə, 18 İyul, 2026
Tarix: 04 May 2026 19:29
İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dörd qanadlı raketlə hücum edib.
APA xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
“İran tərəfdən BƏƏ-yə yaxınlaşan dörd qanadlı raket aşkar edilib. Raketlərdən üçü BƏƏ-nin ərazi suları üzərində uğurla vurulub, dördüncüsü isə dənizə düşüb”, - Nazirliyin məlumatında deyilir.
BƏƏ Müdafiə Nazirliyi ölkənin müxtəlif yerlərində eşidilən səslərin raketlərin uğurla ələ keçirilməsinin nəticəsi olduğunu təsdiqləyib.
İran tərəfdən məsələyə münasibət bildirilməyib.
BƏƏ MN raket İranMənbə: apa.az