Çərşənbə axşamı, 5 May, 2026
Tarix: 05 May 2026 10:25
Nərgiz Talıb qızı Şərifova Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Nərgiz Şərifova 2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb. O, 1-ci dərəcə dövlət qulluqçusudur.
Gülcahan İmanqızı Bakı Baş Səhiyyə Mərkəzi TƏBİB