Zaqatalada yarımstansiyada qəza olub, 15 mindən çox əhali işıqsız qalıb

Tarix: 06 May 2026 10:16

Zaqatalada yarımstansiyada qəza olub.

APA-nın xəbərinə görə, gecə saatlarında Tala çayının sağ sahilində yerləşən "Tala" elektrik yarımstansiyasında qəza baş verib. Baş vermiş qəza səbəbindən rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərinə elektrik enerjisinin verilməsi dayanıb, 15 mindən çox əhali elektrik enerjisiz qalıb.

Hazırda Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları kəndlərə alternativ yolla elektrik enerjisinin verilməsi istiqamətində işlər aparır.

Vüqar Heydərov Zaqatala yarımstansiya qəza

Xəbər Lenti