Çərşənbə, 6 May, 2026
Tarix: 06 May 2026 18:19
Rusiya Ukraynanın elan etdiyi atəşkəs rejimini pozub.
APA xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Sergey Sternenko “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya atəşkəsə əməl etməyərək, Ukraynaya qarşı bir sıra hücumlar həyata keçirib.
“Bu addımlar Vladimir Putin tərəfindən elan olunan 9 May atəşkəsini faktiki olaraq mənasız edir”, - müdafiə nazirinin müşaviri qeyd edib.
Xatırladaq ki, mayın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski mayın 6-na keçən gecədən etibarən atəşkəsə hazır olduqlarını bildirib. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa isə Moskvanın bu bəyanata baxmayaraq, hücumları davam etdirdiyini qeyd edib. Onun sözlərinə görə, mayın 6-na keçən gecə Rusiya qüvvələri Ukraynaya 108 pilotsuz uçuş aparatı və 3 raketlə hücum edib.
İlqar Xudiyev 9 may paradı atəşkəs Volodimir Zelenski Andriy Sibiqa Vladimir Putin