Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb

Tarix: 30 Nov 2023 11:11

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın Ofisindən bildirilib.

Bildirilib ki, iclas Tavuş vilayətində, Ermənistan-Azərbaycan sərhədində keçirilir.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan sərhədlərin delimitasiyasını müzakirə edir.

Xəbər Lenti