Cümə, 15 May, 2026
Tarix: 15 May 2026 14:21
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Rafiq Cəfərov Füzuli rayonunun Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn edilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfn zamanı yaylım atəşi açılıb.
Qeyd edək ki, Rafiq Cəfərov 1993-cü ilin iyul ayında Birinci Qarabağ müharibəsində itkin düşmüşdü. Onun şəxsiyyəti aparılan ekspertiza nəticəsində müəyyən edilib.
*** 12:46
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Cəfərov Rafiq Şirvan oğlu ilə Füzuli rayonunun Qayıdış qəsəbəsində vida mərasimi keçirilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi Füzuli rayonunun Əbdürrəhmanlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Rafiq Cəfərov Birinci Qarabağ müharibəsi zamanı - 1993-cü ilin iyul ayında itkin düşmüşdü. Onun şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən edilib.
Elgün Gəncimsoy Birinci Qarabağ müharibəsi itkin şəhid
