Direktor müavini: Şükürbəyli kəndi 286 hektar ərazidə 1042 ailə üçün layihələndirilib - FOTO

Tarix: 15 May 2026 16:57

Şükürbəyli kəndi 286 hektar ərazidə 1042 ailə üçün layihələndirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib.

O qeyd edib ki, kənddə qaz, su, elektrik, internet infrastrukturu yaradılıb, həmçinin günəş enerjisindən istifadə nəzərdə tutulub.

Vüqar İmanov bildirib ki, layihə çərçivəsində kənddaxili 25 kilometr yol çəkilib, 3 avtomobil və 2 piyada körpüsü tikilib. Kənddə 360 yerlik məktəb, hər biri 80 yerlik 2 uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, 350 yerlik klub və musiqi məktəbi də inşa olunub.

Direktor müavini vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə ilk dəfə olaraq Şərqi Zəngəzurda musiqi məktəbi tikilib.

Onun sözlərinə görə, kəndin sel sularından qorunması məqsədilə 4019 metr uzunluğunda beton kanallar inşa edilib.

Vüqar İmranov əlavə edib ki, hazırda kənddə 107 ailə məskunlaşıb, bu gün isə daha 107 ailənin qəbul prosesi həyata keçiriləcək.

Elgün Gəncimsoy Cəbrayıl Şükürbəyli

Xəbər Lenti