“Mançester Siti” 8-ci dəfə İngiltərə Kubokunu qazanıb

Tarix: 16 May 2026 20:23

“Mançester Siti” İngiltərə Kubokunun finalında “Çelsi”ni 1:0 hesabı ilə məğlub edib.

APA xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilən görüşdə yeganə qolu 72-ci dəqiqədə Antuan Semenyo vurub.

Beləliklə, “Mançester Siti” tarixində 8-ci dəfə İngiltərə Kubokunun qalibi olub. Komanda bu göstəricidə “Çelsi”, “Liverpul” və “Tottenhem”lə eyni pilləyə yüksəlib. Turnirin rekordçuları isə 14 titulla “Arsenal” və 13 kubokla “Mançester Yunayted”dir.

mançester siti ingiltərə kuboku

Xəbər Lenti