Çərşənbə, 20 May, 2026
Tarix: 20 May 2026 02:05
Azərbaycan zəvvarlarının göyərtəsində olduğu beşinci və altıncı təyyarələr Məkkə şəhərinə çatıb
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
“Dünən Azərbaycandan yola düşən beşinci və altıncı zəvvar təyyarələri Məkkəyə çatıb”, - Vüsal Cahangiri bildirib.
Qeyd edək ki, yeddinci, yəni son zəvvar təyyarəsi mayın 21-də Azərbaycandan Həcc ziyarətinə yola düşəcək.
Xatırladaq ki, ümumilikdə 1150 nəfər Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.
Məkkə zəvvarMənbə: apa.az