Cümə, 22 May, 2026
Tarix: 22 May 2026 02:06
Sonuncu zəvvarlardan ibarət qruplar Məkkə şəhərinə çatıb.
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O deyib ki, yeddinci, yəni son zəvvar təyyarəsi Məkkə şəhərinə çatıb.
Vüsal Cahangiri qeyd edib ki, Qurban bayramından iki gün öncə böyük həcc ziyarəti başlayacaq.
Xatırladaq ki, ümumilikdə 1150 nəfər Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.
Məkkə zəvvarMənbə: apa.az