Maliyyə icarəsi haqqında qanunvericiliyi pozanlar məsuliyyət daşıyacaq

Maliyyə icarəsi haqqında qanunvericiliyi pozanlar məsuliyyət daşıyacaq

Tarix: 22 May 2026 12:50

Maliyyə icarəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimə müəyyənləşir. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 439-3-cü maddədə əksini tapıb. Layihəyə əsasən, maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların "Maliyyə icarəsi haqqında" qanuna uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Firuzə Vahid Maliyyə icarəsi. cərimə

Mənbə: apa.az

Xəbər Lenti