Şənbə, 23 May, 2026
Tarix: 23 May 2026 09:50
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
APA xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Məlumata görə, fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.
Bundan əvvəl mayın 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, mayın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin may ayı üzrə pensiyaları ödənilib.
Günay Elşən May ayı sosial ödənişlər
Mənbə: apa.az