Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib

Tarix: 25 May 2026 12:05

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfər edib.

APA xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva rayonun tarixi və dini-mədəni abidələrindən biri olan Masallı Cümə məscidini ziyarət edib, məscidin tarixi və memarlıq xüsusiyyətləri ilə yaxından tanış olub.

Bildirilib ki, Masallı şəhərinin mərkəzində yerləşən Cümə məscidi 1846-cı ildə şəhər sakinləri və yerli xeyriyyəçilərin maliyyə dəstəyi ilə inşa olunub. Müstəqillik illərində məscid bərpa edilərək yenidən ibadətgah kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə dövlət tərəfindən əsaslı təmir olunan məscid 2001-ci ildə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Sonda Leyla Əliyevaya "Qurani-Kərim” hədiyyə olunub.

Leyla Əliyeva Masallı Cümə məscidi
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib

Mənbə: apa.az

Xəbər Lenti