Bazar ertəsi, 25 May, 2026
Tarix: 25 May 2026 14:24
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.
APA xəbər verir ki, ANAMA əməkdaşları tərəfindən sakinlərə mina və partlamamış hərbi sursatlarla bağlı təhlükəsizlik qaydaları izah olunub. Açarların təqdimatı mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
***
14.02
Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.
APA xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 119 ailə - 535 nəfər köçürülüb.
***
06.30
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. APA xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Şükürbəyli kəndinə 119 ailə - 535 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Növbəti köç Cəbrayıl Şükürbəyli kəndi

















Mənbə: apa.az