Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndərilib - YENİLƏNİB

Tarix: 01 Jun 2026 14:14

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

APA xəbər verir ki, 2 vaqondan ibarət çəkisi 139 ton olan buğda və 2 vaqondan ibarət çəkisi 138 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

***

10:04

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 2 vaqon buğda və 2 vaqon gübrə göndərilir.

APA xəbər verir ki, vaqonlar bu gün yola salınacaq.

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndərilib - YENİLƏNİB
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndərilib - YENİLƏNİB
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndərilib - YENİLƏNİB
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndərilib - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti