Cümə axşamı, 16 İyul, 2026
Tarix: 02 Jun 2026 10:49
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə həkim-mütəxəssislərin və tibb işçilərinin qulluğa qəbulu üzrə müsabiqə elan edilib.
Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqə aşağıdakı vakansiyaları əhatə edir:
Həkim (baza ali təhsilli) Həkim-terapevt Həkim-nevroloq Həkim-psixiatr Həkim-kardioloq Həkim-infeksionist Həkim-otorinolarinqoloq Həkim-dermatoveneroloq Həkim-cərrah Həkim-anestezioloq Həkim-reanimatoloq Həkim-pulmonoloq Həkim-oftalmoloq Həkim-ginekoloq Həkim-rentgenoloq və texnik USM (ultrason müayinəsi) mütəxəssisi Feldşer Tibb bacısı/qardaşı"Tibb baş idarəsinə qulluğa qəbul “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na uyğun olaraq müsahibə əsasında həyata keçirilir. Müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali və orta tibb təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak etmək üçün ərizə ilə müraciət edə bilərlər.
Namizədlər 15 iyul tarixinədək ərizə formasını dolduraraq [email protected] e-poçt ünvanına və ya kağız daşıyıcıda iş günləri və iş vaxtı ərzində Nazirliyin Tibb baş idarəsinə (ünvan: Bakı şəhəri, Akim Abbasov küçəsi 86) təqdim etməlidirlər.
Qanunvericiliklə ədliyyə orqanlarında işləməklərinə mane olan hallar aşkar edilməyən namizədlərlə müsahibə keçiriləcək. Müsahibədən uğurla keçmiş namizədlərin Tibb baş idarəsinin təqdimatı ilə müvafiq vakant vəzifələrə təyin olunması məsələsinə baxılacaq.
Qeyd edək ki, vakansiyalar Tibb baş idarəsində və tabe qurumlarında rəhbər və işçi heyət üzrə vəzifələri əhatə edir.
Namizədlər ətraflı məlumat almaq üçün 012 498 17 20 nömrəli telefonla əlaqə saxlaya bilərlər", - deyə məlumatda qeyd olunub.
Selcan Zaurqızı Ədliyyə Nazirliyi Tibb baş idarəsi vakant vəzifələr üzrə müsabiqəMənbə: apa.az