Cümə axşamı, 16 İyul, 2026
Tarix: 02 Jun 2026 14:25
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəisi Mürsəl İbrahimov Ağsu rayonunda vətəndaş qəbulu keçirəcək.
Bu barədə APA-ya Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 5 iyun tarixində saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Şamaxı, Qobustan şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
"Qəbula yazılmaq istəyən vətəndaşların 03 iyun 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir",-deyə məlumatda bildirilib.
Selcan Zaurqızı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mürsəl İbrahimov vətəndaş qəbuluMənbə: apa.az