Cümə, 5 İyun, 2026
Tarix: 03 Jun 2026 11:06
“ChampionX Azərbaycan” MMC-nin nizamnamə kapitalı kəskin azalıb.
“APA-Economics” Vergilər qəzetinə istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 4 500 100 ABŞ dolları məbləğindən 100 ABŞ dolları məbləğinə azaldılıb.
Qeyd edək ki, ChampionX Azərbaycanda neft-qaz quyuları üçün kimyəvi maddələr, hasilat texnologiyaları və texniki xidmət göstərən beynəlxalq neft servisi şirkətidir. 2010-cu ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi isə Iain Leonard Knox adlı şəxsdir.
İlahə Səlimova ChampionX Azərbaycan nizamnamə kapitalıMənbə: apa.az