Azərbaycanın "Mi-17-1V" helikopter cütlüyünün NATO qiymətləndirilməsi təliminin açılışı olub

Tarix: 26 Oct 2026 14:05

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi təliminin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə təlimin məqsədi, təhlükəsizlik qaydaları və digər vacib məsələlərə dair ətraflı məlumatlar təqdim edilib.

Proqrama uyğun olaraq, təlim poliqonunda real atış tapşırıqları icra edilib, eləcə də yanğınsöndürmə üzrə praktiki məşqlər keçirilib.

Bununla yanaşı, hərbi qulluqçuların fərdi bacarıqlarının yoxlanılması məqsədilə nəzəri və praktiki sınaqlar təşkil olunaraq məqbullar qəbul edilib.

Qeyd edək ki, oktyabrın 29-dək davam edəcək təlimin əsas məqsədi bəyan olunmuş helikopter cütlüyünün əməliyyat imkanlarının NATO standartlarına uyğunluğunun yoxlanılması və sertifkatlaşdırılmasıdır.

NATO Azərbaycan Hərbi Hava Qüvvələri "Mi-17-1V" tipli helikopter cütlüyü NATO qiymətləndirilməsi təlimi
Azərbaycanın "Mi-17-1V" helikopter cütlüyünün NATO qiymətləndirilməsi təliminin açılışı olub
Azərbaycanın "Mi-17-1V" helikopter cütlüyünün NATO qiymətləndirilməsi təliminin açılışı olub
Azərbaycanın "Mi-17-1V" helikopter cütlüyünün NATO qiymətləndirilməsi təliminin açılışı olub
Azərbaycanın "Mi-17-1V" helikopter cütlüyünün NATO qiymətləndirilməsi təliminin açılışı olub
Azərbaycanın "Mi-17-1V" helikopter cütlüyünün NATO qiymətləndirilməsi təliminin açılışı olub
Azərbaycanın "Mi-17-1V" helikopter cütlüyünün NATO qiymətləndirilməsi təliminin açılışı olub
Azərbaycanın "Mi-17-1V" helikopter cütlüyünün NATO qiymətləndirilməsi təliminin açılışı olub

Mənbə: apa.az

Xəbər Lenti