Bazar ertəsi, 26 Oktyabr, 2026
Tarix: 26 Oct 2026 13:28
"Xəzər dənizində suyun səviyyəsinin azalmasına görə portlarda, Bakı limanında dərinləşmə işləri həyata keçirilir”.
APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Niderlandın portların idarəetməsində təcrübəsi var.
Ceyhun Bayramov həmçinin Azərbaycanda su ehtiyatlarının daha effektiv idarəsi ilə bağlı dövlət proqramının icra olunduğunu deyib. Nazir vurğulayıb ki, su sahəsində Niderlandla əməkdaşlıq mümkündür: “Bu sahədə potensial var, Azərbaycan tərəfində də buna ehtiyac duyulur. Gələcəkdə bu əməkdaşlığın genişlənməsi istisna deyil”.
Firuzə Vahid Niderland XİN Tom BerendsenMənbə: apa.az