Goranboyda 35 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb

Goranboyda 35 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb

Tarix: 26 Oct 2026 12:19

Goranboyda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Məlumata görə, qadının həyat yoldaşı evin həyətində ağacı kəsən zaman ağac işıq dirəyinin üstünə aşıb. Bu zaman işıq dirəyi 35 yaşlı qadının üstünə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Goranboy hadisə ölüm faktı

Mənbə: apa.az

Xəbər Lenti