Cümə axşamı, 4 İyun, 2026
Tarix: 04 Jun 2026 01:40
Macarıstanın Baş naziri Peter Magyar Ukrayna ilə Zakarpatiyadakı macar azlığın hüquqlarının genişləndirilməsi barədə razılıq əldə olunduğunu bildirib.
APA xəbər verir ki, hökümət başçısı bu barədə "Facebook" hesabında yazıb. Magyarın sözlərinə görə, razılaşma dil, təhsil, mədəniyyət və siyasi hüquqların genişləndirilməsini nəzərdə tutur.
Baş nazir qeyd edib ki, bu irəliləyiş Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarının başlanmasına yol aça bilər.
O əlavə edib ki, Budapeşt sürətləndirilmiş üzvlük prosesini dəstəkləməsə də, Kiyev öhdəliklərini yerinə yetirərsə, ilk danışıqlar klasterinin açılmasına razılıq verilə bilər.
Macarıstan Ukrayna Peter Magyar Avropa İttifaqı Zakarpatiya
Mənbə: apa.az