Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

Tarix: 04 Jun 2026 07:36

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,69% artaraq 4 497,8 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 0,06% artaraq 73,74 ABŞ dolları təşkil edib.

Emil İsmayılov COMEX qızıl gümüş

Mənbə: apa.az

Xəbər Lenti