Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO

Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO

Tarix: 06 Jun 2026 19:23

Göygöl rayonunda güclü yağışdan sonra gələn sel sulları fəsadlara səbəb olub.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Aşıqlı kəndində bir neçə evə sel suları dolub.

Həmşinin Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayonun Aşıqlı kəndində keçən hissəsində yağışdan sonra evin hasarı uşub. Nəticədə avtomobil yolunda hərəkətdə çətinliklər yaranıb.

Bundan başqa, avtomobil yolunun üzərində yerləşən irigövdəli ağaclar yolunun hərəkət hissəsinə aşıb.

Hazırda əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib.

Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Fuad Nazimoğlu Göygöl yağış sel
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO

Mənbə: apa.az

Xəbər Lenti