Bazar ertəsi, 8 İyun, 2026
Tarix: 08 Jun 2026 12:46
Quba rayonunda yağan intensiv yağışlar nəticəsində Aydınkənd kəndində fəsadlar yaranıb.
APA-nın şimal bürosunun məlumatına görə, güclü sel kəndin infrastrukturuna, eləcə də yaşayış evlərinə və yardımçı tikililərə ziyan vurub.
Sel suları kəndi rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyub.
Hazırda yolun açılması üçün tədbirlər görülür.
Xanım Məmmədova Quba intensiv yağışlar




Mənbə: apa.az