Çərşənbə, 22 İyul, 2026
Tarix: 09 Jun 2026 10:25
Türkiyədə aktiv rəqəmsal bankçılıq istifadəçilərinin sayı son illərdə əhəmiyyətli dərəcədə artaraq 129 milyonu keçib.
"APA-Economics" xəbər verir ki, bu barədə Türkiyə Banklar Assosiasiyasının baş katibi Nurullah Bakır Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə ölkədə aktiv rəqəmsal bankçılıq istifadəçilərinin sayı təxminən 51 milyon nəfər olub. Hazırda isə bu göstərici 129 milyondan çoxdur:
"Eyni dövrdə mobil bankçılıqdan istifadə də 200% artıb. Bu rəqəmlər göstərir ki, rəqəmsal transformasiya artıq gələcəyə dair hədəf deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib", – deyə o vurğulayıb.
İlahə Səlimova Türkiyə rəqəmsal bankçılıqMənbə: apa.az