Mərkəzi Bank süni intellektin tətbiqini genişləndirir

Mərkəzi Bank süni intellektin tətbiqini genişləndirir

Tarix: 09 Jun 2026 10:07

Azərbaycan Mərkəzi Bankı öz fəaliyyətində süni intellekt texnologiyalarının tətbiqini genişləndirir.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qurum daxilində təhlükəsizlik tələbləri nəzərə alınmaqla süni intellekt əsaslı məhsullar hazırlanır və bu istiqamətdə əhəmiyyətli nəticələr əldə olunub:

"Mərkəzi Bank öz daxilində də süni intellektin istifadəsini geniş həyata keçirir. Xüsusən də bütün təhlükəsizlik məqamlarını nəzərə alaraq, məhsul yaradılması istiqamətində biz kifayət qədər uğurlar əldə etmişik, həm keyfiyyət və sürət anlamında uğurlar əldə etmişik" - deyə o qeyd edib.

İlahə Səlimova AMB Vüsal Xəlilov maliyyə sektoru

Mənbə: apa.az

Xəbər Lenti