Çərşənbə, 10 İyun, 2026
Tarix: 10 Jun 2026 08:38
ABŞ-İran gərginliyinin təsiri fonunda kriptovalyuta bazarında satışlar davam edir. "APA-Economics" xəbər verir ki, CoinMarketCap məlumatlarına görə, bazarın ümumi kapitallaşması son sutkada 1,96% azalaraq 2,12 trilyon dollara enib. Ən böyük kriptovalyuta olan “Bitcoin”in qiyməti 61,4 min dollara düşüb. Aktiv son 24 saatda 2,14%, son bir həftədə isə 7,64% dəyər itirib. “Ethereum”un qiyməti 1 629 dollara qədər geriləyib ki, bu da həftəlik müqayisədə 11,59% azalma deməkdir. BNB isə son 7 gündə 7,81% ucuzlaşıb. Bazar iştirakçılarının təhlükəsiz aktivlərə yönəlməsi nəticəsində qızılın qiymətinə bağlı rəqəmsal aktivlər diqqət çəkib. PAX Gold (PAXG) və Tether Gold (XAUt) bazar dəyərinə görə ilk sıralarda qərarlaşıb. Hər iki tokenin qiyməti 4 100 dollardan yuxarı səviyyədədir. “CoinMarketCap”ın "Fear & Greed" indeksi 14 bənd təşkil edib ki, bu da bazarda "həddindən artıq qorxu" vəziyyətinin hökm sürdüyünü göstərir. Analitiklər qeyd edirlər ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları və Yaxın Şərqdə artan gərginlik riskli aktivlərdən çıxışları sürətləndirib. Məlumatlara görə, geosiyasi xəbərlərin təsiri ilə kriptovalyuta bazarında təxminən 420 milyon dollarlıq mövqe məcburi bağlanıb.
Rahim TarıverdiyevMənbə: apa.az