Avropa Şurası dekabrın 15-i Gürcüstanla bağlı qərarını verəcək

Tarix: 15 Nov 2023 12:06

“Dekabrın 15-i Avropa Şurası Gürcüstana Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunun verilməsinə dair qərar verməlidir”.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu ölkənin XİN rəhbəri İlya Darçiaşvili deyib. 

“Avropa Şurası dekabrın 15-i artıq qərar verməlidir və Gürcüstana namizəd statusunun verilməsi rəsmi olaraq imzalanacaq”, - deyə gürcü nazir qeyd edib. 

Onun sözlərinə görə, Avropa Komissiyasının müsbət qənaətindən sonra hökumət ittifaqa üzv ölkələrlə fəal görüşləri davam etdirir. 

Xatırladaq ki, noyabrın 8-i Avropa Komissiyası Avropa İttifaqı Şurasına Gürcüstana Aİ-yə üzv olmaqla bağlı namizəd statusunun verilməsini tövsiyə edib.

Xəbər Lenti