Bazar ertəsi, 15 İyun, 2026
Tarix: 15 Jun 2026 09:43
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə gecə saatlarında "Fin qəsəbəsi" ərazisində baş verib. Asif Balabəyovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy Füzuli piyada qəza yol ölüm faktı

Mənbə: apa.az