Bazar ertəsi, 6 Aprel, 2026
Tarix: 06 Apr 2026 12:47
Türkiyənin 3-cü gəmisi Hörmüz boğazını tərk edib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Nazir bildirib ki, “Ocean Thunder” adlı türk gəmisi Hörmüz boğazını təhlükəsiz şəkildə keçərək körfəzdən çıxıb.
Uraloğlu Hörmüz boğazındakı vəziyyəti yaxından izlədiklərini və türk gəmilərinin təhlükəsizliyinin təmin edildiyini qeyd edib.
Beləliklə, münaqişə başlayandan bəri körfəzdə gözləyən 3-cü gəmi də təhlükəsiz şəkildə boğazı tərk edib.
Dəryanur Cəfərova Türkiyə gəmi Hörmüz boğazı