Bazar ertəsi, 19 Oktyabr, 2026
Tarix: 19 Oct 2026 16:17
Tehrana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
APA-nın Tehran bürosunun məlumatına görə, iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar başlayıb.
Qeyd edək ki, Lavrovun Tehran səfəri Tehran-Moskva arasında davamlı məsləhətləşmələr, ikitərəfli razılaşmaların icrasının izlənilməsi, eləcə də regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparılması məqsədi daşıyır.
Lavrovun İran Prezidenti Məsud Pezeşkianla da görüşü nəzərdə tutulub.
Haşim Rahimi Lavrov İran Əraqçi Tehran RusiyaMənbə: apa.az