Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub - FOTO

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub - FOTO

Tarix: 19 Oct 2026 14:53

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Xəzər qaçaqmal DSX
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub - FOTO
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub - FOTO
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub - FOTO

Mənbə: apa.az

Xəbər Lenti