Bazar ertəsi, 19 Oktyabr, 2026
Tarix: 19 Oct 2026 14:24
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (12.10.2026-18.10.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 188 piyada əleyhinə mina, 66 tank əleyhinə mina, 631 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1420,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
ANAMA MinaMənbə: apa.az